Mourinyo ev axtarışındadır

15:22 - 26 Oktyabr 2016

"Mançester Yunayted”in çalışdırıcı Joze Mourinyo İngiltərə mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis üzləşdiyi çətinliklərdən danışıb.

 

Yeni mövsümdən "Mançester Yunayted”də çalışmağa başlayan məşqçi ailəsi ilə vaxt keçirə bilmədiyini bildirib:

 

“İlk dəfədir ki, ailəmdən uzaq qalıram. Qızım Matilda Londonda təhsil alır. Oğlum da paytaxtda yaşayır. Mən isə Mançesterdəyəm. Burda oteldə qalıram, ancaq bu o qədər yaxşı deyil. Hər kəs artıq harda qaldığımı bilir. Paparazzilər qaçılmazdır. Bu səbəbdən axşamlar gəzməyə də çıxa bilmirəm. Təkcə körpü yaxınlağındakı restorana gedə bilirəm. Lakin özümə ev almağı düşünürəm. Böyük bir ev və həyət lazım deyil. Hər şəraiti olan bir mənzil və qaraj tapsam, mütləq dəyərləndirəcəm. O zaman tək problem yemək olacaq. Çünki mən yemək bişirə bilmirəm”.

 

Xəbər xətti