Millimiz Avstriyaya qarşı

11:49 - 27 Oktyabr 2016

Azərbaycanın U-17 yığması bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Avstriya ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Rumıniyanın Buftya şəhərindəki futbol mərkəzinin stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

İlk matçında İngiltərəyə 0:2 hesabı ilə uduzan millimiz bu dəfə də xalsız qalsa, mərhələ adlamaq şansı çox azalacaq.

 

U-17, Avropa çempionatının seçmə mərhələsi
6-cı qrup, 2-ci tur
27 oktyabr

 

20:00. Avstriya - Azərbaycan
Hakimlər:
Petur Reynert, Endryu Kristensen (hər ikisi Farer adaları), Daniel Mitruti, Katalin Qaman (hər ikisi Rumıniya)
Hakim-inspektor: Gerard Perri (İrlandiya)
UEFA nümayəndəsi: Patrik Filipek (Çexiya)
Buftea. RFF futbol mərkəzi.

 

Xəbər xətti