Del Boske Mourinyonun tərəfini saxladı

15:55 - 27 Oktyabr 2016

İspaniya millisinin keçmiş baş məşqçisi Visente Del Boske “Çelsi”nin çalışdırıcısı Antonio Konte və Joze Mourinyo haqqında açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ötən həftə İngiltərə Premyer Liqasında "Çelsi" - "Mançester Yunayted" matçı “qırmızı şeytanlar”ın böyük hesablı məğlubiyyəti (0:4) ilə başa çatıb.

 

Oyun başa çatan kimi Mourinyo “Çelsi”nin baş məşqçisi Antonio Konteyə yaxınlaşaraq onun qulağına “1:0 hesabı ilə qalib gələrkən, qələbəni çılğınlıqla qeyd etmək olar, amma hesab 4:0 olubsa, belə sevinmək, rəqibi alçaltmaqdı” deyib.

 

Del Boske məsələyə münasibətində Mourinyonun tərəfini saxlayıb:

 

“Mourinyo Konte tərəfindən döyülmüş kimi görünür. Düzdür, Kontenin qələbəni çılğınlıqla qeyd etməsi mənə pis görünməsə də, bunu etməməli idi. Bəzən məşqçilər qələbə qazanarkən və ya məğlub olarkən özlərini cilovlaya bilmirlər. Əgər belə etməsələr, mənim üçün də sıxıcı olar. Bəzən hisslərimizi cilobvlamağı bacarmalıyıq. Yoxsa bu, bizə mənfi xallar qazandıra bilər”.

Xəbər xətti