"Biz doğrudan da böyük səylə çalışırıq. Oyunçularda özünəinam hissi yaranıb. Artıq onlar öz güclərinə inanırlar, istənilən rəqibi təəccübləndirməyi bacaracaq gücdə olduqlarını bilirlər".
Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki FİFA-nın rəsmi saytına verdiyi açıqlamasında deyib.
DÇ-1998-də Xorvatiya millisinin heyətində Almaniyaya 3:0 hesabı ilə qalib gəldikləri oyunu xatırlayan baş məşqçi Azərbaycan millisinin belə sürprizi edəcəyinin çətin olduğunu bildirib:
"Biz Almaniya yığmasından danışırıq. Bu komandada heç bir çatışmazlıq yoxdur. Onlar həmişə güclüdürlər. Daim böyük turnirlərin final mərhələsində çıxış edirlər. Almaniya ilə oyunlarda favorit olmaq mümkün deyil. Bu, hansısa klubun "Real" və "Barselona"ya qarşı oyunun favoriti göstərilməsinə bənzəyir".
saytlarin hazirlanmasi