Mahmud Qurbanov: "Dəniz Yılmazın oyunu məni qane etdi"

14:25 - 31 Oktyabr 2016

Milli komandamızın köməkçi məşqçisi Mahmud Qurbanov Türkiyə Superliqasının IX turu çərçivəsində "Bursaspor" – "Konyaspor" matçını stadiondan izləyib. Prosineçkinin köməkçisi millimizin forvardı Dəniz Yılmazın oyununu izləmək üçün Türkiyə gedib.

 

Sportal.az-a açıqlama verən Mahmud Qurbanov Dəniz Yılmazın oyunundan razı qaldığını bildirib:

 

“Bildiyiniz kimi, Dəniz Yılmaz bir müddət idi ki, zədədən əziyyə çəkirdi. O, son 3 oyunda 90 dəqiqə meydanda olub. Səviyyəli futbolçudur, onun oyunu məni qane etdi. “Bursaspor”un əsas heyətində oynayan futbolçunun növbəti toplanışda milliyə dəvət olunub-olunmaması ilə bağlı son qərarı Robert Prosineçki verəcək”.

Xəbər xətti