DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya millisinin qonağı olacaq milli komandamız hazırlıqlara start verib.
Sportal.az xəbər verir ki, yığmamız bu gündən etibarən "Dalğa Arena”da bir araya gəlib. Robert Prosineçkinin başçılıq etdiyi milli komandamız bu gün Mərdəkənda yerləşən arenada məşqə çıxacaq. Komandamız Bakıdakı 1 günlük toplanışdan sonra sabah Şimali İrlandiyaya yollanacaq. Millimizin səfəri sabah günorta saatlarına planlaşdırılıb.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 11-də baş tutacaq. "Vindzor Park"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.