Xəbər verdiyimiz kimi Portuqaliyanın "Boavişta" klubunun və millimizin üzvü Kamran Ağayev növbəti dəfə yığmaya dəvət alıb.
Sportal.az xəbər verir ki, təcrübəli qolkiper artıq ölkəmizə gəlib. Onunla yanaşı "Boavişta"nın digər futbolçusu Emin Mahmudov da Azərbaycana gəlib və yığmanın düşərgəsinə qoşulub.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi