Bakıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb.
Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Yaşar Vahabzadə toplanış çərçivəsində 27 futbolçunun hazırlıq səviyyəsini yoxlayacaq.
Millimizə dəvət almış futbolçuların siyahısı belədir:
Fəhmin Muradbəyli, Kamran İbrahimov (hər ikisi "Neftçi"), İlyas Səfərzadə, Mahir Mədətov (hər ikisi "Qarabağ"), Roman Hüseynov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Süleyman Süleymanov, Murad Popov, Qismət Alıyev (hamısı "Qəbələ"), Şəfi Bağırov, Əli Nuri (hər ikisi"Kəpəz"), Kazim Birkan, Rəsul Babazadə, Təyyar Məmmədov, Fərid Əsədov (hamısı "Səbail"), Elnur Süleymanov (AZAL), Oleq Hüseynov, Taşkın Sertan ("İnter"), Yusif Nəbiyev, Xəyal Nəcəfov ("Sumqayıt"), Murad Xaçayev ("Şaxtyor", Ukrayna), Vadim Ağarəhimov ("Zenit", SDUSHOR, Rusiya), Yusup Hakimov ("Kırkpinarspor", Türkiyə), Rinat Hüseynov ("Amkar", Rusiya), Tolqa Şahin ("Teutonia", Almaniya), Elnur Cəfərov ("NK Dugopolje",Xorvatiya).
saytlarin hazirlanmasi