Dəniz Yılmaz millidən ayrı düşdü

14:21 - 7 Noyabr 2016

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvləri bu gündən bir araya gəlib.

 

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu açıqlama verib.

 

Qurum rəsmisi bildirib ki, baş məşqçi Robert Prosineçkinin dəvət etdiyi 25 futbolçudan 24-ü Bakının Mərdəkan qəsəbəsindəki təlim-məşq bazasında toplaşmağa başlayıb. Onların arasında 7 legionerdən 6-sı da var. Yalnız Türkiyənin "Bursaspor" klubundan çağırılmış Dəniz Yılmaz birbaşa oyunun keçiriləcəyi Belfast şəhərinə yollanacaq.

 

Qeyd edək ki, milli komanda sabah günorta saatlarında çarter reysi ilə Şimali İrlandiya paytaxtına yola düşəcək. Noyabrın 11-də "Vindzor Park"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. (Report)

Xəbər xətti