Rahid Əmirquliyev: "İndiki Şimali İrlandiya yığması daha güclüdü"

00:25 - 11 Noyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq millimizin yarımmüdafiəçisi Rahid Əmirquliyev oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Əmirquliyev ilk öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Hamını salamlayıram. Sabah necə komandaya qarşı oynayacağımız hamıya məlumdur. Ən vacib oyunlarımızdan birinə çıxacağıq. Oyuna yaxşı hazırlaşmışıq. Rəqibi analiz etmişik. Oyunumuzu göstərib Bakıya sərfəli nəticə ilə qayıtmaq əzmindəyik.

 

- Şimali İrlandiya ilə əvvəlki 2 oyunun hər ikisində iştirak etmisən. Bu, sənə əlavə motivasiya verir?
- Hər 2 oyun keçmişdə qalıb. O vaxtkı Şimali İrlandiya komandası ilə indiki arasında fərq çoxdu. İndiki Şimali İrlandiya yığması daha güclüdü. Avropa çempionatının qrup mərhələsindəki çıxışı və pley-offa adlaması komandanın səviyyəsindən xəbər verir. Bizim komanda da əvvəlki deyil, xeyli dəyişib. Motivasiyaya gəlincə, məndə həmişə var. Amma Şimali İrlandiya ilə əvvəlki 2 oyun mənə hansısa əlavə ruh yüksəkliyi vermir.

 

Xəbər xətti