Emin Mahmudov: "Prosineçkinin mənə güvənməsinə çox sevinirəm"

16:47 - 11 Noyabr 2016

Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq.

 

Baş məşqçi Robert Prosineçkinin dünən açıqladığına görə, Portuqaliya “Boavişta”sında forma geyinən Emin Mahmudov da bu gün ilk dəqiqələrindən meydanda olacaq.

 

Sportal.az xəbər verir ki, Mahmudov ilk dəfə start heyətdə yer almasına "facebook"dakı rəsmi səhifəsində münasibət bildirib:


"Bugünkü oyunda baş məşqçinin mənə güvənməsinə çox sevinirəm. İnşallah, milli komandam üçün əlimdən gələni edəcəm".


Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq. 

 

Xəbər xətti