DÇ-2018-in seçmә mәrhәlәsi çәrçivәsindә Azәrbaycan millisi Şimali İrlandiyaya 0:4 hesabı ilә uduzub.
Sportal.az xəbər verir ki, yığmamızı oyuna kapitan kimi çıxaran Rahid Әmirquliyev matçla bağlı fikirlәrini “Qafqazinfo”ya açıqlayıb.
Tәcrübәli futbolçu rәqibin belә oynayacağını bildiklәri halda qarşısını almaqda aciz qaldıqlarını deyib: “Çәtin oyun oldu. Rәqibin ikinci mәrtәbәdә güclü olduğunu, standart vәziyyәtlәrә bel bağlayacağını öncәdәn tәsәvvür etmәk çәtin deyildi. Amma bilә-bilә onlara mane olmaqda çәtinlik çәkdik. Hәmçinin çox sәhvlәrimiz oldu. Böyükhesablı mәğlubiyyәt sәhvlәrimizin nәticәsi idi”.
Yarımmüdafiәçi 0:4 hesablı mәğlubiyyәtin komandaya pis tәsir edәcәyini deyib: “Әlbәttә ki, belә mәğlubiyyәt pis tәsir edәcәk. Amma unutmayaq ki, biz 4 oyundan 3-nü sәfәrdә oynamışıq. Evdә daha çox matçlarımız var. Ona görә dә ümidliyik, şanslarımız da qalır. Almaniya ilә növbәti matç çox çәtin olacaq. Çünki onlar dünya çempionatının 3 әn güclüsündәn biridir. Amma qarşılaşmaya çox vaxt var. Çox ciddi hazırlaşacağıq”.
saytlarin hazirlanmasi