Prosineçki qrupdan çıxmaq şansımızdan danışdı

00:00 - 15 Noyabr 2016

"Şimali İrlandiya ilə oyunlarda standard vəziyyətlərdən qollar buraxdıq. Rəqib təmiz qələbə qazandı. Bu qələbəyə görə rəqibi yalnız təbrik edə bilərəm. Rəqibin ucaboylu futbolçuları var və onlar çox güclüdülər. Bu məğlubiyyət o qədər inandırıcı görünməsə də, bəzən belə hallar yaşanır".

 

Sportal.az xəbər verir ki, bu sözlər milli komandamızın baş məşqçisi Robert Prosineçkiyə məxsusdu. 
 
Ölkəsinin mətbuatına açıqlama verən mütəxəssis Şimali İrlandiyaya məğlubiyyətlə yanaşı, millimizin qrupdan çıxmaq şansları barədə də danışıb: "Qrupdan çıxmaq şansımızı hələ də saxlayırıq. Düzdü, Şimali İrlandiya qrupdakı ən ciddi rəqiblərimizdən biridi. Amma unutmaq lazım deyil ki, onlar Avropa çempionatının final mərhələsində mübarizə aparıblar". 
 
Qeyd edək ki, millimiz DÇ-2018-in seçmə mərhələsində səfərdə Şimali İrlandiyaya 4:0 hesabı ilə məğlub olmuşdu. Hazırda aktivinda 7 xal olan yığmamız C qrupunda üçüncü pillədə qərarlaşıb. 

Xəbər xətti