Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki "İnter”in futbolçusu Nizami Hacıyev haqda açıqlamalar verib.
Sportal.az xəbər verir ki, "Xəzər TV”də yayımlanan "Futbol Saatı” proqramının qonağı olan xorvatiyalı çalışdırıcı Nizami Hacıyev haqda da danışıb.
Çalışdırıcı "İnter”in kapitanının hazırda millidə oynamaq gücündə olmadığını vurğulayıb: "Mən Azərbaycanda belə şey görmüşəm ki, futbolçu mətbuat vasitəsi ilə milli komandaya dəvət almasını istəyir, onun niyə milli komandaya çağrılmamasını ön plana çıxarır. İşlədiyim digər ölkələrdə belə hallarla rastlaşmamışam. Düzdü, Nizami Hacıyev zəif futbolçu deyil. Ancaq hazırda güclü futbolçu da deyil”.
Qeyd edək ki, Hacıyev Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində baş tutan "Neftçi” – "İnter” (2:1) oyunundan sonra maraqlı açıqlamalar vermişdi. O, milliyə dəvət almamasının səbəbini xorvat mütəxəssisin açıqlamasını istəmişdi.