Millimizin üzvünün Türkiyədə statusu ləğv edildi

00:29 - 17 Noyabr 2016

"Bursaspor"un futbolçusu Dəniz Yılmaz Türkiyə superliqasında yerli oyunçu statusundan məhrum edilib.

 

Sportal.az xəbər verir ki, bu, onun millimizin heyətində DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyunda rəsmi debütündən sonra baş verib. Bununla da "Bursaspor"da əcnəbi oyunçuların sayı 9-a yüksəlib.

 

Qeyd edək ki, D.Yılmaz Şimali İrlandiya ilə oyunun 46-cı dəqiqəsində meydana daxil olub.

Xəbər xətti