"Aue"nin baş məşqçisi: "Nazarovun vəziyyətinin nə yerdə olduğunu bilmirəm"

14:31 - 17 Noyabr 2016

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov klubu “Aue”nin baş məşqçisi Pavel Doçev açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Nazarov böyük ehtimalla “Hannover”lə qarşılaşmada start heyətdə oynamaycaq. Məşqçinin açıqlamsını təqdim edirik:
 
“Oyuna ciddi hazırlamışıq. İlk 10 pilləyə doğri irəliləmək üçün bu matçda qalib gəlməliyik. Oyunumuzdan razıyam, amma nəticələr təbii ki, məni və azarkeşlərimizi qane edə bilməz. Üzərimizdə çox çalışmalıyıq. "Hannover" oyunun favoritidir. Çətin keçəcəyini bilirik. Nəzərə alaq ki, heyətimizdə itkilər var. Simon Sikarlatidis və Fabio Kufman bu qarşılaşmada çıxış etməyəcəklər. Hər iki futbolçunun dönməsi üçün 1 həftə vaxt lazımdır. Paskal Köpke Almaniyanın U-21, Dmitri Nazarov isə Azərbaycan millisinin heyətində çıxış edib. Onların vəziyyətlərinin nə yerdə olduğunu bilmirəm. Bu oyunda Nazarov və Köpkeyə şans verib-verməyəcəyimlə bağlı qərar verməmişəm”.
 
Qeyd edək ki, bu mövsümdən etbiarən “Aue”də çıxış edən Dmitri Nazarov az oyun keçirib.

 

Əlavə edək ki, "Aue" - "Hannover" matçı noyabrın 19-u, Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək.

 

Xəbər xətti