Portuqaliya Premyer Liqasında XV turun növbəti oyunları keçirilib.
Sportal.az-ın məlumatına görə, millimizin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" bu gün səfərdə "Nasional"la qarşılaşıb. Matç "Boavişta"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudov start heyətdə meydana daxil olublar.
İlk dəfə əsas heyətdə yer alan Mahmudov görüşün 11-ci dəqiqəsində hesabı açıb. Bu, onun Portuqaliya liqasında ilk qolu olub. Millimizin futbolçusu 39-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. E.Mahmudov qarşılaşmanın 62-ci dəqiqəsində zədələnərək meydanı erkən tərk edib.
Ağayev isə 90 dəqiqə meydanda olub və 68-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Boavişta" 15 turdan sonra 17 xalla turnir cədvəlində 14-cü pillədən 9-cu pilləyə yüksəlib.
"Nasional" - "Boavişta" - 0:2
Qollar: Emin Mahmudov, 11, Renatu Santuş, 32
saytlarin hazirlanmasi