Daha bir ulduz futbolçu karyerasını Çində davam etdirə bilər.
Sportal.az xəbər verir ki, söhbət PSJ-də əsas heyətə düşməkdə çətinlik çəkən Hatem Ben Arfadan gedir. Futbolçunun agenti Miçel Ouazinenin verdiyi məlumata görə, Çindən təklif alıblar. Agent son qərarı PSJ rəhbərliyinin verəcəyini deyib:
"Çindən təklif almışıq. Amma məsələ ilə bağlı yekun qərarı biz verməyəcəyik. Məsələ ilə bağlı yekun qərarı PSJ rəhbərliyi verəcək".
Qeyd edək ki, 29 yaşlı futbolçu cari mövsümün əvvəlində "Nitsa"dan transfer olunub.
saytlarin hazirlanmasi