Adı müxtəlif klublarla hallanan PSJ-nin yarımmüdafiəçisi Marko Veratti açıqlama verib.
Sportal.az xəbər verir ki, italiyalı futbolçu paytaxt klubundan ayrılmaq niyyətində olmadığını bildirib:
"PSJ-də xoşbəxtəm, ayrılmaq üçün səbəbim yoxdur. 2016-cı il mənim çətin keçdi, amma bir insan olaraq inkişaf etdim".
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2012-ci ildən PSJ-də çıxış edir.
saytlarin hazirlanmasi