"Qəbələ"yə təslim olan "çoban itləri" satılır

16:25 - 25 Dekabr 2016

“Qəbələ”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Fransanın “Lill” klubu sahibini dəyişə bilər.

 

Sportal.az xəbər verir ki, “çoban itləri”ni biznesmen Jerar Lopes tərəfindən alınması planlaşdırılır. Bu barədə məlumat klub saytında yayılıb.

 

Lopes əvvəllər Formula 1-də iştirak edən “Lotus” klubunun sahibi olub.

 

Tərəflər arasında ilkin sazişin imzalandığı bildirilir. Danışıqların 2017-ci il yanvarın 20-nə qədər yekunlaşacağı və rəsmi müqavilənin bağlanacağı gözlənilir.

 

Xəbər xətti