Roberto Mançinidən PSJ açıqlaması

11:53 - 28 Dekabr 2016

PSJ-nin baş məşqçisi Unai Emeri ilə yollarə ayıracağı və bu vəzifəyə Roberto Mançinini gətirəcəyi haqda xəbərlər dolaşır.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis şayiələrə münasibət bildirib. 52 yaşlı mütəxəssis bu xəbərləri təkzib edib:

 

"Ümumiyyətlə, heç bir klubla danışıqlar aparmamışam. Hazırda işsizəm. PSJ ilə də görüşüm olmayıb və aramızda razılıq əldə olunması haqda çıxan xəbərlər həqiqəti əks etdirmir".

 

Qeyd edək ki, Mançini mövsümün əvvəlində "İnter"də ayrılıb.

Xəbər xətti