Toqo millisinin sabiq futbolçusu Emanuel Adebayorun işsiz günləri başa çatmaq üzrədi.
Sportal.az xəbər verir ki, "Kristal Pelas"dan ayrıldıqdan sonra klubsuz qalan 32 yaşlı hücumçu karyerasını Fransada davam etdirə bilər. Onun xidmətində "Monpelye" klubu maraqlıdır.
Bu barədə məlumatı "L`Equipe"yə açıqlamasında komandanın baş məşqçisi Frederik Hantz verib: "Bilirsiniz ki, hücumçumuz Kasimir Ninqa uzun müddətlik zədə alıb. Onun əvəzinə başqa hücumçu almaq niyyətindəyik. Bizə qolları sıralaya biləcək futbolçu lazımdır. Adebayor isə bunu edə biləcək gücdədir. Onu transfer etmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Adebayor daha öncə Fransada "Metz" və "Monako" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi