21 yaşlılardan ibarət milli komandamız Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Yaşar Vahabzadə heyətə 20 futbolçu cəlb edib.
Qeyd edək ki, siyahıda göstərilənlərdən əlavə, Rusiya və Türkiyə klublarının üzvü olan bir neçə futbolçunun da toplanış dövründə baxışa dəvət olunması nəzərdə tutulub.
Millimizin heyəti: Fəhmin Muradbəyli, Sənan Əlizadə (hər ikisi: "Neftçi"), İlyas Səfərzadə, Kamran Nəsirov, Mahir Mədətov (hamısı: "Qarabağ"), Qismət Alıyev, Ramil Həsənov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Roman Hüseynov (hamısı: "Qəbələ"), Olaq Hüseynov, Taşkın Sertan (hər ikisi: "İnter)", Xəyal Nəcəfov, Yusif Nəbiyev (hər ikisi: "Sumqayıt"), Əli Nuri ("Kəpəz"), Təyyar Məmmədov ("Səbail"), Elnur Cəfərov ("Duqopolye", Xorvatiya), Sərkan Baloğlu ("Ştuttqart", Almaniya), Ozan Can Kökcu ("Feyenoord", Hollandiya), Dmitri Fastov ("Dinamo" Kiyev).
saytlarin hazirlanmasi