Təbriz Həsənov: "Bu cür oyunda uduzmaq pis təsir edir"

17:28 - 9 Yanvar 2017

“Belə turnirlərdə ilk oyunlar həmişə əsəbi məcrada, psixoloji gərginlik altında keçir. Biz bu gün rəqibimizdən yaxşı oynadığımız halda məğlub olduq”. 

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Təbriz Həsənov deyib.

 

Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirə turnirində Litva ilə ilk oyun (1:2) haqda danışan baş məşqçi məğlubiyyətə layiq olmadıqlarını bildirib:

 

“Bu cür oyunda uduzmaq pis təsir edir. Amma futbolda belə nəticələrlə qarşılaşmaq mümkündü. Xeyli qol epizodu yaratsaq da, yalnız bir dəfə fərqlənə bildik. İki standart vəziyyətdə isə qol buraxdıq. Çatışmazlıqları təhlil edib qarşıdakı oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq. Litva yığmasını qələbə münasibətilə təbrik edirəm”

Xəbər xətti