FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirin oyunları davam edir.
Sportal.az xəbər verir ki, U-19 millimiz bu gün ikinci oyununa çıxıb. Komandamız Qazaxıstan millisi ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heçə ilə başa çatıb. Bununla da millimiz qrupda ilk xalını əldə edib.
Qeyd edək ki, yığmamız ilk oyunda Litvaya (1:2) bu hesabı ilə məğlub olub.
11 yanvar
13:00. Azərbaycan - Qazaxıstan - 2:2
Qollar: Rafael Məhərrəmli, 45, Fərid Nəbiyev, 82 - Kaşken Dinmuxammed, 18, Seidaxmet Yerkebulan, 53
saytlarin hazirlanmasi