Millimiz 3-cü liqa klubu ilə bacarmadı

10:50 - 13 Yanvar 2017

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunları keçirib. 

 

Sportal.az xəbər verir ki, yığmamız Almaniyanın “Rot Vays Erfurt” komandası ilə qarşılaşıb. Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.


Qeyd edək ki, “Rot Vays Erfurt” Almaniyanın 3-cü liqasında mübarizə aparır. Klub cari mövsümdə meydana çıxdığı 19 qarşılaşmada 22 xal qazanıb və hazırda turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbər xətti