Yığmamız turnirin qrupunda qaldı

15:46 - 13 Yanvar 2017

19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qrupunda qalıb.

 

Sportal.az xəbər verir ki, günün ilk oyununun nəticəsindən sonra millimizin qrupda qalması rəsmiləşib. Litvanı 2:0 hesabı ilə məğlub edən Qazaxıstan millisi 5 xalla 1-ci pilləyə yüksəlib. 4 xala malik Litva isə 2-ci sıraya düşüb.

 

Yığma komandamız Slovakiyanı məğlub etsə belə, qrupdan çıxamayacaq. Milli komandamız ən yaxşı halda 9-16-cı yerlər uğrunda mübarizə aparacaq.

 

1    Qazaxıstan    3    1    2    0    4-2    5
2    Litva    3    1    1    1    2-3    4
3    Slovakiya    2    0    2    0    0-0    2
4    Azərbaycan    2    0    1    1    3-4    1

Xəbər xətti