FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan - Slovakiya oyunundan sonra (0:1) millimizin baş məşqçisi Təbriz Həsənov matçla bağlı fikirlərini bildirib.
Sportal.az Həsənovun fikirlərini təqdim edir:
“Qrupda keçirdiyimiz hər üç oyuna əsasən onu deyə bilərəm ki, bəxtimiz gətirmədi. Konkret bugünkü oyuna gəlincə, yaratdığımız qol epizodlarını gördüz. Bununla belə, fərqlənə bilmədik və nəticə göz qabağındadı. Məni təəssüfləndirən digər məqam futbolçumuzun qırmızı vərəqə almasıdı. Avropa çempionatının seçmə mərhələsinə hazırlıq baxımından bu turnir bizim üçün faydalıdı”.
saytlarin hazirlanmasi