Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığma komandamız bu gün növbəti yoxlama matçını keçirib.
Sportal.az xəbər verir ki, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda Almaniyanın "Eqestorf" klubu ilə üz-üzə gəlib. Qarşılaşma Almaniya klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, yığmamız Antalya toplanışı çərçivəsində Almaniyanın "Rot-Vayss Erfurt" (0:0) və Qazaxıstanın "Okjetpes" klubu (2:2) ilə heç-heçə edib.
saytlarin hazirlanmasi