FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Təbriz Həsənovun komandası 9-12-ci yerlər uğrunda mərhələdə ilk matçında Estoniya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Estoniya üzərində də qələbə qazanacağı halda yığmamız 9-10-cu yerlər uğrunda görüş keçirmək imkanı qazanacaq.
20:00 Estoniya - Azərbaycan
saytlarin hazirlanmasi