Millimiz Estoniyanı 3 qolla məğlub etdi

00:02 - 18 Yanvar 2017

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, yığmamız 9-12-ci yerlər uğrunda mərhələdə ilk matçında Estoniya ilə üz-üzə gəlib. Qarşılaşma millimizin böyükhesabı qələbəsi ilə yekunlaşıb - 3:0.

 

Bununla da, yığmamız 9-10-cu yerlər uğrunda görüş keçirmək imkanı qazanıb.

 

Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir

 

9-12-ci yerlər uğrunda oyun

17 yanvar

Azərbaycan - Estoniya - 3:0

Qollar: Pilağa Mehdiyev, 4, Doğukan Öksüz, 42, İbrahim Əliyev, 87

Xəbər xətti