25 yaşında karyerasını bitirdi

16:35 - 18 Yanvar 2017

Fransanın "Lion" klubunun futbolçusu Qeida Fofana karyerasını başa vurub. 

 

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu bu barədə ölkəsinin mətbuatına verdiyi açıqlamada məlumat verib. O, aldığı ardıcıl zədələrə görə belə bir qərara gəldiyini açıqlayıb. 

 

Qeyd edək ki, 2011-ci ildən "Lion"da çıxış edən yarımmüdafiəçi dasha əvvəl "Havr"da forma geyinib. O, vaxtı ilə Fransanın gənclərdən ibarət bütün milli komandalarına dəvət alıb.

Xəbər xətti