FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması 9-10-cu yerlər uğrunda mübarizəsini davam etdirir.
Sportal.az xəbər verir ki, Təbriz Həsənovun yetirmələri 9-cu yer uğrunda oyunda Belarusla qarşılaşacaq. 9-12-ci yerlər uğrunda matçda Moldovaya qalib gələn belaruslar millimizə rəqib olub.
Qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Valentin Qranatkin turniri
9-10-cu yerlər uğrunda oyun
20:00 Belarus - Azərbaycan
saytlarin hazirlanmasi