Yığmamız Belarusla oyuna qara sarğı ilə çıxacaq

12:15 - 20 Yanvar 2017

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, 9-cu yer uğrunda oyunda yığmamız Belarus komandası ilə qarşılaşacaq.
 
20 yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar yığmamızın futbolçuları meydana qara sarğı ilə çıxacaq.
 
Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək matç yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

 

Xəbər xətti