Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, Sudanın U-20 komandası ilə qarşılaşan yığmamız 1:4 hesabı ilə uduzub. Komandamızın qolunu Ramil Həsənov vurub.
20 yanvar – Ümumxalq hüzn günü ilə əlaqədar futbolçularımız oyuna qara sarğı ilə çıxıb.
Azərbaycan U-21 – Sudan U-20 qarşılaşmasını milli komandamızın məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç də izləyib.
Qeyd edək ki, millimiz bundan əvvəlki yoxlama görüşlərində Almaniyanın "Eqestorf" klubuna (2:4) və Səudiyyə Ərəbistanının U-20 komandasına (0:1) uduzub, Qazaxıstanın “Okjeptes” klubu ilə heç-heçə (2:2) edib.
saytlarin hazirlanmasi