Balotelli irqçiliyə sərt şəkildə cavab verdi

19:05 - 21 Yanvar 2017

“Nitsa”nın hücumçusu Mario Balotelli Fransa I Liqasında “Bastiya”ya qarşı səfər matçında yerli azarkeşlərin meymun kimi qışqırmalarına sərt şəkildə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu sosial şəbəkə hesabında bunları qeyd edib:

 

“Məgər, rəqib azarkeşlərin meymun kimi qışqırması normal haldır? Bütün oyun boyu "uh uh" səsləri eşidilirdi. Yoxsa, Fransada iqrçiliyə icazə verilib? Bəlkə, ancaq “Bastiya”ya icazə verilib? Futbol çox gözəldir amma azarkeşlər pis rəftar etdilər".

 

Qeyd edək ki, Balotelli I Liqada 8 qol vurub.

Xəbər xətti