"Prosineçki "Bursaspor"a getmək istəyir"

10:19 - 24 Yanvar 2017

"Bursaspor"un prezidenti Ali Ay və klubun futbol şöbəsinin müdiri Yüksəl Çolak klubun baş məşqçi postuna gətirmək istədikləri millimizin baş məşqçisi Robert Prosineçki barədə açıqlama verib.

 

Sportal.az "bursahakimiyet.com.tr" saytına istinadən xəbər verir ki, Ali Ay xorvatiyalı mütəxəssislə ilk danışıqların müsbət keçdiyini bildirib:


"Gündəmə gətirilən məşqçilərdən Mutlu Topçu və Samet Aybaba qaldı. Onlarla danışığım da oldu. Ancaq son olaraq Prosineçki variantının üzərində dayandıq. Xorvatiyalı mütəxəssis 4 dil bilir, hər kəs onun karyerasına bələddir. Azarkeşlərimizin istədiyi oyunu oynadan, istəkli məşqçidi. Klub nümayəndələrindən gələcək cavabı gözləyirik. İlk görüş müsbət keçib”.
 
Çolak isə dünən gecə saatlarına kimi Prosineçki ilə danışıqların davam etdiyini söyləyib:

 

“Danışıqların davamı bu günə qaldı, müsbət gedir. Prosineçki bizimlə yaxşı davrandı. O, "Bursaspor”a getmək istədiyini, komandanı və heyəti yaxşı tanıdığını bildirdi. Ancaq onun Azərbaycan millisi ilə müqavilə müddəti davam edir. Yığmadan pis atmosferdə ayrılmaq istəmir. Prosineçki bu gün federasiya prezidenti ilə görüşəcək, buradakı missiyasının bitdiyini və ayrılmaq istədiyini bildirəcək. Bir tərslik çıxmasa, Bursaya Prosineçki ilə birlikdə qayıdacağıq”.

 

Xəbər xətti