Adı Türkiyənin "Bursaspor" klubu ilə hallanan milli komandamızın baş məşqçisi Robert Prosineçki məsələyə münasibət bildirib.
Sportal.az xəbər verir ki, xorvat çalışdırıcı "Goal.com"a verdiyi açıqlamasında millimizdən ayrılmayacağını bildirib:
"Bursaspor"la danışıqlarımız oldu. Ancaq Azərbaycan millisi ilə davam edən 1 illik müqaviləm var. Qısa zamanda hər hansı komanda dəyişikliyi etməyəcəm".
Xorvatiyalı mütəxəssis həm Azərbaycan, həm də "Bursaspor"u çalışdırması variantı ilə bağlı suala isə belə cavab verib:
"Xeyr. Həm Azərbaycan millisində, həm də "Bursaspor"da eyni anda çalışmağın sağlam fikir olduğunu düşünmürəm. Yaxın gələcəkdə Azərbaycanda olacağam".
saytlarin hazirlanmasi