Rövnəq Abdullayevdən Prosineçkiyə qadağa

10:47 - 25 Yanvar 2017

AFFA-nın prezidenti Rövnəq Abdullayev millimizin baş məşqçisi Robert Prosineçkiyə "Bursaspor"un "sükanı arxasına" keçməyə icazə verməyib.


Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisi komandada görmək istəyən klub rəhbərliyi Rövnəq Abdullayevi razı salmaq üçün Türkiyə parlamentinin Bursadan olan millət vəkili Hüseyn Şahin və əmək və sosial müdafiə naziri Mehmet Müezzinoğlundan kömək istəyiblər.


Qeyd edək ki, Robert Prosineçki 2014-cü ilin dekabrından milli komandamızı çalışdırır. Onun müqaviləsi ilin sonunda bitəcək.

 

Xəbər xətti