Fransanın "Bastiya" klubu azarkeşlərindən birini cəzalandırıb.
Sportal.az xəbər verir ki, komanda azarkeşlərindən birinin bütün abunəlik kartlarının ləğv edildiyini açıqlayıb. Klub fanatın adını açıqlamasa da, həmin şəxsin stadiona girişinə qadağa qoyulduğunu bəyan edib.
Buna səbəb isə təxminən 40 yaşında olan tərəfdarın "Nitsa" ilə oyunda rəqibin Qana əsilli italiyalı futbolçusu Mario Balotelliyə qarşı irqçi şüarlar səsləndirməsi olub.
Bu barədə şəxsi "instagram" səhifəsində paylaşım edən ulduz futbolçu həmin şəxsin cəzalandırılımasını da tələb etmişdi:
“Məgər, rəqib azarkeşlərin meymun kimi qışqırması normal haldır? Bütün oyun boyu "uh uh" səsləri eşidilirdi. Yoxsa, Fransada iqrçiliyə icazə verilib? Bəlkə, ancaq “Bastiya”ya icazə verilib? Futbol çox gözəldir amma "Bastiya" azarkeşləri mənimlə pis rəftar etdilər".
Qeyd edək ki, Balotelli I Liqada 8 qol vurub.
saytlarin hazirlanmasi