Elxan Abdullayev: "Bu, kişi söhbətidi" MÜSAHİBƏ

19:45 - 29 Yanvar 2017

Premyer Liqanın 15-ci turunda “Qarabağ” “Neftçi”ni qəbul edib. Azərbaycan derbisində qalib müəyyənləşməyib – 1:1.

 

Sportal.az xəbər verir ki, oyundan sonra “Neftçi”nin çalışdırıcısı Elxan Abdullayev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Fasilədən sonra ilk oyunlar çətin olur. Çempiona qarşı oynadıq. Gərgin keçdi. Hər iki komanda yaxşı oynadı. Maraqsız oyun kimi görünsə də, gərgin qarşılaşma idi.

 

- Namiq Ələsgərovun oynamaması nə ilə bağlı idi?
- Bu, qarşılıqlı razılaşmadı. Qurban Qurbanov da çox sağ olsun. O, “Qarabağ”a qarşı oynaya bilməz. Ancaq bu il oynaya bilməz. Bu, kişi söhbətidir.


- Kamal Qurbanovun planlarınızda olmadığını demişdiz. Amma onun adını bu oyunda “18-liy”ə saldız.
- Antalyaya da aparmışdıq. Təklif gəlsəydi, icarəyə göndərəcəkdik. Amma alınmadı. Hazırda zim oyunçudur.

 

- Heyətə cəlb olunan futbolçular hamısı sizin istəyinizlə cəlb olunub?

- Başqa cür ola bilər? Əlbəttə.

 

- “Neftçi”nin dəyişdiyini demək olar?

- 0:1 uduzaraq hesabı bərabərləşdirsəydik, daha yaxşı olardı. Özümüzü tərifləməyək, heç-heçə etmişik. Tam qələbəyə də layiq deyildik. Heç-heçə ədalətli nəticə idi. 1:0 hesabını qorumaq da çətindir. Penalti epizodaları haqda və hakim barədə danışmayacam.

 

- Qarşıda “Qəbələ” və “İnter”lə oyunlar var. Psixoloji cəhətdən hazırsız?

- Fərqi nədir ki, indi oynadıq, sonra. Təqvim hamı üçün eynidi. Mən burada ciddi heç bir şey görmürəm.

 

- Yeni transferiniz Barqasla bağlı nə deyə bilərsiz?

- 30 yaşı var, təcrübəlidir. İnanıram ki, bizə faydalı olacaq.

Xəbər xətti