"Mançester Siti"nin futbolçusu Serxio Kan Aqueronun ailəsində xoşagəlməz hadisə baş verib.
Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçunun nənəsi polis tərəfindən saxlanılıb. Belə ki, polis Aqueronun nənəsinin evinə gözlənilməz basqın edib.
Basqın nəticəsində həmin şəxsin evindən 200 qram narkotik maddə hesab olunan marixuana, dərman vasitələri, qanunsuz silahlar və telefon tapılıb.
Ailə həmin əşyaların onlara aid olmadığını iddia etsə də, polis buna inanmayıb. Tutulan şəxslərlə bağlı yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Aqueronun yaşadığı ev axtarış aparılan evdən 10 km aralıda yerləşir.
saytlarin hazirlanmasi