"Qəbələ"yə keçidi baş tutmayan futbolçu Çinə üz tutur

12:20 - 3 Fevral 2017

Bolqarıstan millisinin üzvü Valeri Bojinovun yeni klubunun adına aydınlıq gəlmək üzrədi. 

 

Sportal.az xəbər verir ki, müqavilə ilə məxsus odluğu "Partizan" klubu tərəfindən Kipr toplanışına aparılmayan 30 yaşlı hücumçu karyerasını Çində davam etdirə bilər. Yerli mətbuatın yaydığı xəbərə görə, tanınmış futbolçu  hazırda Çin I liqasında mübarizə aparan "Pekin Enterprises" klubu ilə danışıqlar aparır. 


Əgər tərəflər arasında danışıqlar müsbət nəticələnsə, Bojinov tezliklə Çinə köçəcək. 

 

Qeyd edək ki, qış transfer dönəmində "Qəbələ" də futbolçunun xidmətində maraqlı idi. Amma "Partizan" futbolçu üçün yüksək məbləğdə təzminat tələb etdiyinə görə "Qəbələ" transferdən imtina etmişdi.

 

Xəbər xətti