Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

15:56 - 3 Fevral 2017

AFFA UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası final oyunları üçün namizədliyini irəli sürüb.

 

Sportal.az xəbər verir ki, AFFA UEFA-ya müraciətində qeyd olunan turnirlərin həlledici qarşılaşmasının keçirilməsi üçün Bakı Olimpiya Stadionunu təklif edib.

 

Hər iki oyunun keçirilməsi üçün namizədliyi irəli sürmüş bütün stadionların siyahısını diqqətinizə çatdırırıq:

 

UEFA Çempionlar Liqası
Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
İspaniya – Madrid – Estadio Metropolitano

 

UEFA Avropa Liqası
Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
Gürcüstan – Tbilisi – Dinamo Arena
Almaniya – Frankfurt – Frankfurt Stadion
Almaniya – Ştutqart – Arena Stuttgart
Şotlandiya – Qlazqo – Hampden Park
İspaniya – Sevilya - Estadio Ramon Sanchez Pizjuan
Türkiyə - İstanbul – Beşiktaş Arena

 

UEFA-nın İcraiyyə Komitəsi hər iki turnirin final oyununun keçiriləcəyi stadionlarla bağlı qərarı bu ilin sentyabr ayında qəbul edəcək.

Xəbər xətti