Elxan Abdullayev: "Bunu hamı görür, mən danışmaq istəmirəm" MÜSAHİBƏ

19:45 - 3 Fevral 2017

“Komandamdan razı qaldım. Uşaqlar yaxşı oyun göstərdilər”.

 

Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Premyer Liqanın XVI turu çərçivəsində “Qəbələ”nin qonağı olan “ağ-qaralar” meydandan məğlubiyyətlə (0:1) ayrılıblar.

 

Görüşdən sonra keçirilən mətbuat konfransında Abdullayev bunları deyib:

 

“Komandamızda inkişaf var. Yeni hücumçumuz gəlib. Yeni futbolçulara komandaya tam uyğunlaşmaqları üçün bir qədər vaxt lazımdı”.

 

- Buraxdığınız qolda hakim səhvi var idi...

- Bunu hamı görür, mən danışmaq istəmirəm. Çünki bununla məşğul olmaq mənim işim deyil. Mən öz komandamla məşğulam. Göydə Allah var, hər şeyi görür.

 

- “Neftçi” fasilədən sonra güclənib. Hücum xəttinə aldığınız oyunçular komandaya xeyir verəcəkmi?

- Bu gün hər ikisi ilk oyununa çıxmışdı. Komanda yoldaşlarını yaxşı tanımırlar. Deməli, öz oyunlarını tam göstərə bilməzlər. İnanıram ki, 3 turdan sonra bizim azarkeşləri qollarla sevindirəcəklər.

 

- Köməkçinizin texniki zonadan kənarlaşdırılması nə ilə bağlı idi?

- Oyunda biri emosiyasını saxlaya bilir, digəri yox. Yaxşı olardı ki, belə hallar yaşanmasın. Biz bütün diqqətimizi oyuna yönəltməliyik. Bu barədə çox danışmaq istəmirəm. İntizam Komitəsinin iclası olacaq, orda bu məsələyə aydınlıq gətiriləcək. Biri nəsə söz dedi, o biri də ona cavab qaytardı.

Xəbər xətti