Azərbaycan Premyer Liqasının 16-cı turunda evdə “Kəpəz”ə qalib gələn (1:0) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsorası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib:
- Belə ağır oyundan sonra danışmaq çətindi. İlk dəqiqələrdən qırmızı vərəqə almağımız işimizi çətinə saldı. Bilirdik ki, “Kəpəz” son məğlubiyyətdən sonra bizimlə oyuna ciddi yanaşacaq. Bu matç 6 xallıq oyun idi. “Kəpəz”lə xal fərqini bir az da artırdıq. Bu komandayla oyun həmişə çətin keçir. Keçən dəfəki oyunda da qırmızı vərəqələr olmuşdu. Futbolçulara, azarkeşlərə təşəkkür edirəm. Oyunçulara da komandada əzmkarlığı artırmaq lazım olduğunu demişəm.
- İki oyun, iki qələbə...
- Bu oyun səfərdə olmalıydı. Düzü, iki oyuna 6 xal fikirləşməmişdik. 4 xal planlaşdırmışdıq. Futbolçularda ardıcıl məğlubiyyətlərdən sonra psixoloji cəhətdən gərginlik yaranmışdı.
- Yeni transferlərdən razı qaldız?
- Yeni transferləri bir qədər gec etdik. Çünki onların müqaviləsi var idi. Onları bir həftəyə seçməmişik. Bir aydı ki, onları izləyirdik. Hələ tam uyğunlaşmayblar. Bugünkü oyunlarından razı qaldım.
- Bu gün Bəxtiyar Soltanov stadionda idi. Onun komandaya qoşulması mümkündü?
- Bəlkə “Kəpəz”ə görə gəlib. Ancaq onun mövqeyində oyunçularımız var. Buna görə, onunla maraqlanmırıq.
- Bəs sizdə hansı mövqeyə oyunçu lazımdı?
- İstəyərdim ki, dayaq yarımmüdafiəçisi transfer edək. Çünki bu mövqedə üç oyunçumuz var. Hansısa zədə, sarı vərəqə olsa, çətinlik çəkə bilərik.
- Bu gün oyunun “qəhrəman”ı hakim idi. Onun qərarlarıdan razı qaldız?
- Məşqçiliyə başlayanda özümə söz vermişəm ki, hakimlik barədə danışmayacam. Oyunun tempi çox sarı vərəqə olmasının əsas səbəbi idi. Məncə, qırmızı vərəqə haqlı idi. Fikrimcə, bu gün hakimlərin üzərinə çox düşmüşük. Hakimlər də insandı, səhv edə bilər. Oyunçular hər epizoddan sonra danışırdı. Belə olmamalıdı. Bu barədə özlərinə də demişəm.
- Bu cəhətdən Anar Nəzirov fərqlənirdi...
- Bu barədə onunla danışacam. Qapıçı daha səbirli olmalıdı. Ancaq onun oyunundan razı qaldım.
- “Zirə” və “Kəpəz” arasında nə baş verir? Ötən oyunlarda da bu cür qalmaqallar olmuşdu...
- Rəqib komandanın baş məşqçisinə hörmətim var. Ancaq meydandan kənarda “Kəpəz”lə aramızda heç bir problem yoxdu. Ola bilsin, ancaq rəqabətdən qaynaqlanır.
saytlarin hazirlanmasi