Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XVI tura yekun vurulub.
Sportal.az xəbər verir ki, turun son günündə 1 qarşılaşma keçirilib. Yarışın lideri “Qəbələ” 3-cü pillədə qərarlaşan “Neftçi”ni sınağa çəkib. Əyalət klubu ev oyununda inamlı qələbə qazanıb – 3:1.
Əvəzedicilərin çempionatı
XVI tur
“Qəbələ” - “Neftçi” – 3:1
Qollar: Rövlan Muradov, 38; Ramil Hasanov, 58; Ülvi İsgəndərov, 90+2 // Anton Krivotsyuk, 45+1
Qeyd edək ki, "Qəbələ" hazırda 35 xalla turnir cədvəlinin lideridi. Ondan 4 xal geridə qalan "Qarabağ" isə ikinci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi