"Xəmsə" "Kəpəz"in oyunlarını boykot etdi BƏYANAT

11:33 - 5 Fevral 2017

“Xəmsə” fan klubu “Kəpəz”in oyunlarını boykot edib.

 

Sportal.az xəbər verir ki, bu barədə fan klub rəsmi “facebook” səhifəsində bəyanat yayıb. Gəncəli azarkeşlər bəyanatda komandanın son vaxtlar uğursuz çıxışına etiraz əlaməti olaraq klubun oyunlarını boykot etdiklərini açıqlayıblar:

 

“İllərdi ki, "Kəpəz"in hər addımında yanında olub onu dəstəksiz qoymayan "Xəmsə" müstəqil fanat klubu komandanın bərbad çıxışı, Gəncə şəhər stadionunun, idman bazasının yararsız vəziyyətinin aradan qaldırılması istiqamətində klub rəhbərliyi tərəfindən heç bir addımın atılmaması, "Kəpəz"i faktiki olaraq Bakı klubuna çevirməsinə etiraz olaraq komandanın oyunlarını qeyri-müəyyən müddətə boykot edir. Növbəti mərhələlərdə etiraz olaraq başqa addımların da atılması nəzərdə tutulur. Boykotun müddəti, etirazların hansı istiqamətdə aparılması, və ya dayandırılmasına qərar Müşahidəsi Şurasının məsələ ilə bağlı rəsmi açıqlamasından sonra qərar veriləcək”.

Xəbər xətti