Portuqaliya Premyer Liqasında 20-ci turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, turun mərkəzi oyununda isə “Portu” “Sportinq”i qəbul edib. Qarşılaşma "əjdahalar"ın 2:1 hesablı qələbəsiylə nəticələnib. "Portu"nun təcrübəli qolkiperi İker Kasilyas matçın 90+3-cü dəqiqəsində, hesab 2:1 komandasının xeyrinə olarkən möhtəşəm qurtarışı sayəsində qələbənin əldən verilməsinin qarşısını alıb.
"Benfika"dan 1 oyun çox keçirən "Portu" 47 xalla 1-ci, "Sportinq" isə 38 xalla 3-cüdür.
"Portu" - "Sportinq" 2:1
Qollar: Soares, 7; 40 - Alan Ruis, 60.
saytlarin hazirlanmasi