Premyer Liqanın 16-cı turunda doğma meydanda "İnter"lə qarşılaşan "Sumqayıt" 2 ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, 2 - 2 hesablı bərabərliklə başa çatan matçda "kimyaçılar" əsas müdafiəçilərini itirib. Belə ki, kapitan Vurğun Hüseynov və Rail Məlikov cəzalı duruma düşüb.
Mövsüm ərzində 4-cü dəfə sarı vərəqə alan futbolçular 17-ci tur çərçəivəsində "Kəpəz"ə qarşı keçiriləcək matçda komandalarına kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi